Gəncədə "Niva"nın yanması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Gəncədə "Niva"nın yanması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Noyabr , 2017 20:22
Gəncədə Nivanın yanması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Gəncə. 15 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.  

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Gəncə şəhər sakinləri - 1998-ci il təvəllüdlü Cavanşır Marif oğlu Abbasov və 1999-cu il təvəllüdlü Həsən Rizvan oğlu Həsənovdur. 


*** 19:17

Gəncə şəhərində yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobil maneəyə çırpılaraq aşıb və yanmağa başlayıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.  

Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. 

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi