Gəncədə neft məhsulu çənlərinin qoşulduğu teplovozda yanğın baş verib

Gəncədə neft məhsulu çənlərinin qoşulduğu teplovozda yanğın baş verib Hadisə Kəpəz rayonunda qeydə alınıb
Hadisə
5 Avqust , 2015 22:07
Gəncədə neft məhsulu çənlərinin qoşulduğu teplovozda yanğın baş verib

Bakı. 5 avqust. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yol” QSC məxsus TM-2 markalı teplovozun mühərrik hissəsi yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, teplovozun qalan hissəsi və ona qoşulmuş 6 ədəd içərisində neft məhsulu olan çənlər yanğından mühafizə olunub.

Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi