Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub

Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
26 Fevral , 2019 21:22
Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub

Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

Bildirilir ki, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 31 yaşlı şəhər sakini Gündüz Xalıqverdiyev saxlanılaraq, İdarəyə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram narkotik vasitə olan “heroin”, 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram “heroin” məhlulu aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı G.Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ötən gün də Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan başqa bir şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi