Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var Gəncə. 8 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Yanvar , 2018 18:28
Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Gəncə. 8 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yanacaq daşıyan yük maşınına çırpılıb. Nəticədə minik maşınında olanların xəsarət aldığı bildirilir.

Hazırda əraziyə DYP əməkdaşları və təcili yardım xidməti cəlb olunub.

Son xəbərlər

Orphus sistemi