Yuxarı

Gəncədə minaatan mərmisi tapılıb

Gəncədə minaatan mərmisi tapılıb
Mərmi ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib

Bakı. 28 mart. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda "DOS-84" adlanan yaşayış ərazisinə baxış keçirilib, 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək götürülüb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 200 kv.m. ərazi yoxlanılıb (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Ümumilikdə Agentlik yanvarın 1-dən martın 28-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 002 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 283 380 kv.m ərazi (476 269 kv.m əl, 348 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi