Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Gəncə. 21 avqust. REPORT.AZ/ Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
21 Avqust , 2018 18:38
Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə. 21 avqust. REPORT.AZ/ Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayonunun Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***17:54

Gəncə. 21 avqust. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə-Qazax marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. 

Qəza zamanı mikroavtobusda olan sərnişinlərin xəsarət aldığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi