Yuxarı

Gəncədə köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib

Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər

Bakı. 7 aprel. REPORT.AZ/ Gəncənin Kəpəz rayonunda mənzildə 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:20-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi