Gəncədə məcburi köçkün özünü asıb - YENİLƏNİB

Gəncədə məcburi köçkün özünü asıb - YENİLƏNİB Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində özünü yaşadığı evin həyətindəki ağacdan kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
11 iyun 2019 21:02
Gəncədə məcburi köçkün özünü asıb - YENİLƏNİB

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində özünü yaşadığı evin həyətindəki ağacdan kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərdə məskunlaşmış 44 yaşlı Kəlbəcər rayonundan olan məcburi köçkün Şirinov Elsevər Əli oğlu özünü ağacdan asıb.

İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 00:12

Gəncə şəhərində orta yaşlı kişi intihar edib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsinin ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxs özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Əraziyə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi