Yuxarı

Gəncədə maşın işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Gəncədə maşın işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
Hadisə Gəncə-Şəmkir yolunun 1-ci km-də baş verib

Gəncə. 28 dekabr. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərində sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 1-ci km-də baş verib.

Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Musa Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücüyə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti qənaətbəxşdır. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi