Gəncə. 15 mart. REPORT.AZ/ Gəncə şəhərində marketdən oğurluq olub.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən "Əminə" marketdə baş verib.
Məlumata görə, marketdən ərzaq məhsulları və ət oğurlanıb. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.