​Gəncədə mağaza yaran, sonradan isə onu yandırmaq istəyən şəxs tutulub

​Gəncədə mağaza yaran, sonradan isə onu yandırmaq istəyən şəxs tutulub Tutalan şəxsin mağaza sahibinin keçmiş şəriki olduğu üzə çıxıb
Hadisə
7 Mart , 2016 22:31
​Gəncədə mağaza yaran, sonradan isə onu yandırmaq istəyən şəxs tutulub

Bakı. 7 mart. REPORT.AZ/ Gəncə şəhərində mağazanı qarət edən, ardınca isə onun yandırılmasına cəhd göstərən şəxs tutularaq istintaqa cəlb edilib.

"Report"un verdiyi xəbərə görə, aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, 2 mart 2016-cı il tarixində Ərşad Zərgərovun mağazasına girərək oranı qarət edən şəxs 39 yaşlı Gəncə şəhər sakini Azər Zeynalovdur.

Saxlanılan şəxs dindirilmə zamanı cinayət əməlini etiraf edib. Mağazadan müxtəlif adda tütün məmulatları, spirtli içkilər, danışıq kartları, müəyyən məbləğdə pul oğurlayan A.Zeynalovun evinə baxış keçirilib. Sadalanan mallar orada aşkarlanıb. O, zərərçəkən Ərşad Zərgərovun şəriklikdən imtina etməsi və onun pulunu geri qaytarmamasından sonra belə bir işə əl atdığını deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi