Gəncədə kütləvi dava zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Gəncədə kütləvi dava zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB Dava yanacaqdoldurma məntəqəsində baş verib
Hadisə
28 İyun , 2018 23:17
Gəncədə kütləvi dava zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB
Report

Bakı. 28 iyun. REPORT.AZ/ Gəncə şəhərində kütləvi davada xəsarət alanlardan üçünün adı məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Xudiyev Elzamin Cəfər oğlu, Daşkəsən rayon Zəylik kənd sakini, 1964-cü il təvəllüdlü Salahov Asiman Aydın oğlu və Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanzadə Məhərrəm Əjdər oğludur.

Onlar müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha bir nəfərə isə ambulator yardım göstərilib və o, evə buraxılıb.

Mübahisə Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib.


***22:31

Gəncə. 28 iyun. REPORT.AZ/ Gəncə şəhərində kütləvi dava zamanı 4 nəfərə yaxın şəxs xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hələ ki, bilinməyən səbəbdən baş vermiş davada xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta-ağır və qənaətbəxş olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi