Gəncədə kütləvi dava düşüb, polis əməkdaşı döyülüb

Gəncədə kütləvi dava düşüb, polis əməkdaşı döyülüb Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
8 İyun , 2017 10:02
Gəncədə kütləvi dava düşüb, polis əməkdaşı döyülüb
Report

Gəncə. 8 iyun. REPORT.AZ/ Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub. Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi