Gəncədə küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Gəncədə küləyin yaratdığı fəsadlar aradan qaldırılır Ötən gün Gəncədə əsən güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Hadisə
10 May , 2021 12:24
Gəncədə küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Ötən gün Gəncədə əsən güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mayın 9-da günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacı kökündən qopararaq aşırıb.

Hazırda Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Xan bağında 3, 36 nömrəli məktəbin önündə 1 və daha bir neçə ərazidə aşan iri gövdəli ağacların ərazidən götürülməsi işləri davam etdirilir.

Qeyd edək ki, güclü külək nəticəsində bəzi ərazilərdə elektrik xətləri də sıradan çıxıb. Bu problemin aradan qaldırılması istiqamətində lazımı işlərə başlanılıb, bu səbəbdən hazırda şəhərin bir neçə yaşayış massivində elektrik enerjisinin verilməsi dayandırılıb. Fəsadlar aradan qaldırıldıqdan sonra elektrik enerjinin verilməsi bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi