Gəncə. 25 fevral.
"Report"un Qərb bürosunun məlumatına görə, 2016-cı il təvəllüdlü oğlan uşağı yaşadığı evdə valideynlərinin diqqətindən yayınaraq içərisi qaynar su ilə dolu çaydanı üzərinə aşırıb. Kürək, üz və çiyin nahiyələrindən yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.