Bakı. 1 Mart. REPORT.AZ/ Gəncə şəhəri, Kəpəz rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:53-də başa çatıb.