Gəncədə kişi və qadın bıçaqlanıb - YENİLƏNİB

Gəncədə kişi və qadın bıçaqlanıb - YENİLƏNİB Gəncə şəhərində kişi və qadın bıçaqlanıb.
Hadisə
22 Mart , 2019 10:19
Gəncədə kişi və qadın bıçaqlanıb - YENİLƏNİB

Gəncə şəhərində kişi və qadın bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Amin Xəlil oğlu İsmayılov və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Gülmirə Camal qızı Abbasova bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların hər ikisi əməliyyat olunub.

İlkin məlumatlara görə, G.Abbasovanı A.İsmayılov bıçaqlayıb və daha sonra sol döş nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


*** 9:31

Gəncə şəhərində iki nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhirin Nizami rayonu ərazisində baş verib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Hələlik şəxsiyyətləri məlum olmaya qadın və kişi xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi