Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT Gəncə. 18 avqust. REPORT.AZ/ Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.
Hadisə
18 Avqust , 2018 08:39
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Gəncə. 18 avqust. REPORT.AZ/ Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


***02:28

Gəncə. 18 avqust. REPORT.AZ/ Gəncə şəhərində baş verən silahlı insident nəticəsində ölən şəxslərin at və onun qızı olduğu məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni şəhər sakini Məsim Məmmədov törədib. 

Belə ki, M.Məmmədov axşam saatlarında qaynatasının evinə gələrək arvadını və onun atasını qətlə yetirib. 


***23:49

Gəncə. 17 avqust. REPORT.AZ/ Gəncə şəhərində silahlı insident olub, 2 nəfər qətlə yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Bağmanlar küçəsində baş verən insident nəticəsində 1 qadın və 1 kişi odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisənin ailə zəminində baş veridyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi