Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb

Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb Ad-soyadı açıqlanmayan kişi polis tərəfindən saxlanılıb
Hadisə
2 Sentyabr , 2017 09:23
Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb

Gəncə. 2 sentyabr. REPORT.AZ/ Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb.  

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlu və 1975-ci il təvəllüdlü Bayramova Fərqanə Mübarız qızı bıçaqlanıb. 

Hadisə ailə münaqişəsi zəminində baş verib. Gəncə şəhərində yeni açılmış marketlərin birində işə girən Fərqanə Bayramova ilə əri arasında mübahisə yaranıb. Belə ki, yoldaşının marketdə çalışmasını istəməyən ər həyat yoldaşını döyüb. Qadın atası evinə gedib. Bu zaman onun həyat yoldaşı qaynata evinə gedərək orada da mübahisə edib. O, həyat yoldaşını və onları aralamağa çalışan qaynatası Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlunu qolundan bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Ad-soyadı açıqlanmayan kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi