Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.
Hadisə
22 Fevral , 2019 16:50
Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis idarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşylarının oğurlandığını bildirib.

Nizami RPİ-nin apardığı araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov olduğu müəyyən edilib. R.Sadıxov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi