Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürülüb

Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürülüb
Hadisə
6 Yanvar , 2020 15:48
Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürülüb

Gəncədə keçmiş məhkumdan tapança götürülüb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.