Yuxarı
    Bağlamaq

    Gəncədə keçmiş arvadını qətlə yetirib baldızını bıçaqlayan şəxs saxlanılıb

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

    Gəncə. 17 avqust. REPORT.AZ/ Gəncədə qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun bacısını isə yaralayıb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanıb.

    Bu barədə “Report”un Qərb bürosuna Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

    Məlumata görə, avqustun 17-də keçmiş həyat yoldaşı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı bıçaqla qətlə yetirəb hadisə yerindən qaçan Samux rayon Əhmədbəyli kənd sakini, 1984-cu il təvəllüdlü Ruslan Qurbanov polis tərəfindən saxlanılıb.

    R.Qurbanov həyat yoldaşını şəhərin Cavad xan qəsəbəsində yaşayan keçmiş baldızı, 1983-ci il təvəllüdlü Naibə Vəliyevanın evində qətlə yetirib. Cinayəti törədən şəxs N.Vəliyevanı da sol bud nayihəsindən bıçaqla yaralayıb.

    Qeyd edək ki, R.Qurbanovla Məhəbbət Vəliyevanın evliliyindən 3 övladı var.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi