Gəncədə karantini pozan 121 şəxs barəsində protokol tərtib edilib

Gəncədə karantini pozan 121 şəxs barəsində protokol tərtib edilib Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir.
Hadisə
11 Dekabr , 2020 12:11
Gəncədə karantini pozan 121 şəxs barəsində protokol tərtib edilib

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir.

"Report"un xəbərinə görə, reydlər şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda aparılır.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı idarələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılır.

Qrup üzvləri gün ərzində Gəncədəki bəzi tibb müəssisələri, hazırlıq kursları, iri marketlər, mağazalar və digər müəssisələrdə olublar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 121 nəfər barəsində protokol tərtib edilib, 11 nəfərə isə şifahi xəbərdarlıq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

Son xəbərlər

Orphus sistemi