Gəncədə izolyasiya tədbirləri ilə bağlı maarifləndirici işlər görülür

Gəncədə izolyasiya tədbirləri ilə bağlı maarifləndirici işlər görülür Gəncədə sosial izolyasiya ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.
Hadisə
20 Mart , 2020 22:45
Gəncədə izolyasiya tədbirləri ilə bağlı maarifləndirici işlər görülür

Gəncədə sosial izolyasiya ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, koronavirus infeksiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixində ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilməyə başladığı vaxtdan etibarən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət apararaq həm sahibkarlar, həm də şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparırlar.

Bundan başqa Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımalarına martın 19-dan 29-dək qadağa qoyulması ilə bağlı məlumatlandırıblar.

Sakinlər görülən qabaqlayıcı tədbirləri təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Son xəbərlər

Orphus sistemi