Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb

Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb Gəncə şəhərində itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.
Hadisə
23 Yanvar , 2020 17:08
Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb

Gəncə şəhərində itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb.

Son xəbərlər

Orphus sistemi