Gəncədə “İnvestel Group”un qətl törədən əməkdaşının məhkəməsi başlayır

Gəncədə “İnvestel Group”un qətl törədən əməkdaşının məhkəməsi başlayır Qazaxda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Noyabr , 2021 08:40
Gəncədə “İnvestel Group”un qətl törədən əməkdaşının məhkəməsi başlayır

Qazaxda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı noyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə Qazax rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi