Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncədə intihara cəhdin qarşısı alınıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib
Hadisə
11 Mart , 2021 08:36
Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncə şəhərində intihara cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alınıb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi