Gəncədə iki tələbə qız qazdan zəhərlənib

Gəncədə iki tələbə qız qazdan zəhərlənib Günel Məmmədova və Elşanə Nəbiyeva qazın evə dolması səbəbindən zəhərləniblər
Hadisə
21 Yanvar , 2016 23:45
Gəncədə iki tələbə qız qazdan zəhərlənib

Bakı. 21 yanvar. REPORT.AZ/ Qaz cihazının mənzildə nəzarətsiz qalması Gəncədə bədbəxt hadisəyə səbəb olub.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Həsən Əliyev 65/15 ünvanında qeydə alınıb.

Belə ki, adıçəkilən ünvanda kirayə qalan tələbələr Günel Məmmədova və Elşanə Nəbiyeva qazın evə dolması səbəbindən zəhərləniblər.

Gənclər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri normal qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi