Bakı. 24 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs tutulub. "Report"un Qərb bürosu xəbər verir ki, oktyabrın 22-də naməlum şəxs tərəfindən Gəncə şəhər sakinləri Abdulla Paşayev və Şair Kərimov bıçaqlanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Paşayevi və Ş.Kərimovu bıçaqlayan şəxsin şəhər sakini Məcid Süleymanov olduğu müəyyən olunub. O, tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.