Gəncə. 5 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq girişində, Gəncə qala qapılarının yanında qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili ilə digər avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1987-ci il təvəllüdlü Əliyeva Səkinə İslam qızı, 1960-cı il təvəllüdlü İbrahimov Eyyub Famil oğlu, 1989-cu il təvəllüdlü Əliyeva Əminə İslam qızı, 1976-cı il təvəllüdlü Rəsulova Səidə Yaqub qızı və 1981-ci il təvəllüdlü Samux rayon sakini Hüseynov Qəzənfər Müzəffər oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha bir nəfərə isə ambulator yardım göstərilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.