Gəncədə iki avtomobil toqquşub, 2 nəfər yaralanıb

Gəncədə iki avtomobil toqquşub, 2 nəfər yaralanıb Qəza şəhərin "27-05" dairəsi adlanan ərazisində baş verib
Hadisə
30 Sentyabr , 2016 07:59
Gəncədə iki avtomobil toqquşub, 2 nəfər yaralanıb

Gəncə. 30 sentyabr. REPORT.AZ/ Səhər saat 07:50 radələrində Gəncə şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin "27-05" dairəsi adlanan ərazisində "VAZ-21011" markalı avtomobil ilə "VAZ-2109"un toqquşması nəticəsində sürücülər xəsarət alıb.

Qəza zamanı "VAZ-21011"in sürücüsü, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Pərvin Məmmədov ağır və hələki şəxsiyyəti bilinməyən digər sürücü isə yüngül xəsarət alıb.

P.Məmmədov "təcili yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Baş vermiş avtoqəzanın dəqiq səbəbləri Dövlət Yol Polisi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi