Gəncədə həyat yoldaşı ilə mübahisə edən kişi özünü binadan yerə atmaq istəyib - FOTO - VİDEO - YENİLƏNİB

Gəncədə həyat yoldaşı ilə mübahisə edən kişi özünü binadan yerə atmaq istəyib - FOTO - VİDEO - YENİLƏNİB O, bu məqsədlə hündürmərtəbəli binanın damına çıxıb
Hadisə
12 Yanvar , 2018 08:59
Gəncədə həyat yoldaşı ilə mübahisə edən kişi özünü binadan yerə atmaq istəyib - FOTO - VİDEO - YENİLƏNİB
Report

Gəncə. 12 yanvar. REPORT.AZ/ Gəncə şəhərində arvadı ilə mübahisə edən 28 yaşlı kişi intihara cəhd edib. 

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü İsgəndər Ayət oğlu İsgəndərov yaşadığı hündürmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Məlumata görə, ər-arvad arasında olan mübahisədən sonra arvad atasının evinə gedib və ərinə bir daha qayıtmayacağını bildirib. Onu geri qaytarmaq üçün isə İ.İsgəndərov bu vasitəni seçib. 

Əraziyə cəlb olunan polis əməkdaşlarından biri İ.İsgəndərovun ailəsi ilə əlaqə yaradıb və arvadının onu bağışladığını deyib. Buna inanmayan İsgəndər həyat yoldaşı ilə danışmaq istəyib və bu zaman polis əməkdaşları onu tutaraq xilas ediblər. 

***8:01

Gəncə. 12 yanvar. REPORT.AZ/ Gəncə şəhərində orta yaşlı kişi 9 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

“Report”un Qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və polis əməkdaşları intihara cəhdin qeydə alındığı Yeni Gəncə qəsəbəsi, bina 19 ünvanına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi