Gəncədə həmyerlisini güllələyən şəxs tutulub - YENİLƏNİB

Gəncədə həmyerlisini güllələyən şəxs tutulub - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanlıb.
Hadisə
30 Noyabr , 2018 13:03
Gəncədə həmyerlisini güllələyən şəxs tutulub - YENİLƏNİB
Fotolia / FrameAngel
0 : 00
0 : 00

Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.

"Report"un Qərb bürosu xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.


*** 01:28

Gəncə. 30 noyabr. REPORT.AZ Gəncə şəhər sakini həm yerlisini güllələyib.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini Elmar Əlizadə münqaişə zəmnində naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Ağır bədən xəsarəti alan yaralı xəstəxanaya çatdırlılb. 

Hadisənin kim tərfindən və hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanlıb. 

Son xəbərlər

Orphus sistemi