Gəncədə həkim avtomobildə ürəktutmadan ölüb

Gəncədə həkim avtomobildə ürəktutmadan ölüb Onun qəflətən halı pisləşib
Hadisə
9 İyun , 2017 11:57
Gəncədə həkim avtomobildə ürəktutmadan ölüb

Gəncə. 9 iyun. REPORT.AZ/ Gəncə şəhərində həkim işə getmək istəyərkən özünə məxsus avtomobildə ürəktutmadan ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1941-ci il təvəllüdlü Rafiq Əli oğlu Nadirov avtomobilinə əyləşib işə getmək istəyən zaman qəflətən halı pisləşib və ürəktutmadan vəfat edib.

Qeyd edək ki, R.Nadirov tibb elimləri namizədidir və 1966-ci ildən bəri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi