Gəncədə güclü külək yaşayış binasının dam örtüyünü və mənzillərin eyvanını uçurub - FOTO

Gəncədə güclü külək yaşayış binasının dam örtüyünü və mənzillərin eyvanını uçurub - FOTO Hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir
Hadisə
9 May , 2017 13:09
Gəncədə güclü külək yaşayış binasının dam örtüyünü və mənzillərin eyvanını uçurub - FOTO

Gəncə. 9 may. REPORT.AZ/ Gəncə şəhərində güclü külək yaşayış binasının dam örtüyünü və bəzi mənzillərin eyvanını uçurub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Belə ki, səhər saatlarından başlayan güclü külək məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli, 48 mənzilli binanın dam örtüyünü və bəzi mənzillərin eyvanını uçurub.

Hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi