Gəncədə dava olub, xəsarət alanlar var

Gəncədə dava olub, xəsarət alanlar var Gəncə şəhərində 2 gənc arasında borc üstdə mübahisə dava ilə nəticələnib.
Hadisə
27 Oktyabr , 2021 22:26
Gəncədə dava olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Gəncə şəhərində 2 gənc arasında borc üstdə yaranan mübahisə dava ilə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində, 27-ci küçədə, marketlərin birinin qarşısında qeydə alınıb. Sərxoş vəziyyətdə olan 2 gənc arasında pul üstündə yaranan mübahisə əlbəyaxa dava nəticələnib. Dava zamanı tərəflərdən biri 25 yaşlı E.Hüseynov mübahisə etdiyi şəxs tərəfindən başından və üzündən daşla, sol döş nahiyəsindən kəsici alətlə xəsarət alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə əlbəyaxa dava zamanı xəsarət alsa da, xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi