Gəncədə gənc qadını maşın vuraraq öldürüb

Gəncədə gənc qadını maşın vuraraq öldürüb Gəncə. 11 avqust. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Avqust , 2018 22:09
Gəncədə gənc qadını maşın vuraraq öldürüb

Gəncə. 11 avqust. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi