Gəncədə gənc qadını avtomobil vurub

Gəncədə gənc qadını avtomobil vurub Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
107
7 Sentyabr , 2019 22:18
Gəncədə gənc qadını avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini Xodos İrina Nikalayevnanı avtomobil vurub.

Zərərçəkmiş qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi