Gəncədə gənc oğlan oyun üstündə tanışını bıçaqlayıb

Gəncədə gənc oğlan oyun üstündə tanışını bıçaqlayıb Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Hadisə
20 fevral 2022 20:30
Gəncədə gənc oğlan oyun üstündə tanışını bıçaqlayıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü R.Məmmədov mübahisə zəminində 4 bıçaq zərbəsi alıb və xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən tanışı, 2003-cü il təvəllüdlü İ.Zülfüqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə isə "PubG" oyunu üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi