Gəncə. 22 yanvar. REPORT.AZ/ Gəncə şəhrində gecə klubunda baş verən kütləvi dava zamanı bıçaqlanan üç nəfərin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***8:34
Gəncə. 22 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında "X-Club" adlanan məkanda baş verib. Kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər 3 yaralının Şəmkir rayon sakinləri olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdımalara başlanılıb.