Yuxarı

Gəncədə fəhlə iş zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib

​Gəncədə fəhlə iş zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Gəncədə fəhlə iş zamanı xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb. 

Küçədə kanalizasiya borularının dəyişdirilməsi zamanı kranın qaldırıcısındakı beton piltə sürüşərək Eldar Aydınovun ayağı üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi