Gəncədə fəhlə binanın damından yıxılaraq ölüb - YENİLƏNİB

Gəncədə fəhlə binanın damından yıxılaraq ölüb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
17 Dekabr , 2018 21:24
Gəncədə fəhlə binanın damından yıxılaraq ölüb - YENİLƏNİB

Gəncə. 17 dekabr. REPORT.AZ/ Gəncə şəhərində hündürmərtəbəli binanın damından düşərək ölən fəhlənin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki,  Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 19:48


Gəncə. 17 dekabr. REPORT.AZ/ Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi binanın damından yerə düşüb. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Onun binanın damışnda təmir işləri aparan fəhlə olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Daha əvvəl Qazaxda fəhlə qumla dolu yük maşınının altında qalaraq ölüb.

Son xəbərlər

Orphus sistemi