Gəncədə əvvəllər məhkum olunan şəxsdən 16 kiloqramdan çox narkotik maddə götürülüb

Gəncədə əvvəllər məhkum olunan şəxsdən 16 kiloqramdan çox narkotik maddə götürülüb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
22 Yanvar , 2018 10:50
Gəncədə əvvəllər məhkum olunan şəxsdən 16 kiloqramdan çox narkotik maddə götürülüb
Report

Gəncə. 22 yanvar. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN mətbuat xidmətinin Qərb Regional qrupundan bildirilib. 

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunan Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi