Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb Gəncə şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
13 Dekabr , 2022 07:42
Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 evdən su nasosları və soba oğurlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi