Yuxarı

Gəncədə oğru ev sahibinə xəsarət yetirib

Məmmədov Şamil evinə oğurluğa girən naməlum şəxs tərəfindən döyülüb

Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncədə oğru ev sahibini öncə döyüb, sonra isə bıçaqlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, həmin ərazidə yaşayan, 1961-ci il təvəllüdlü Şamil Məmmədov evinə oğurluğa girən naməlum şəxs tərəfindən döyülüb, sonra isə ayağından bıçaq zərbəsi alıb.

Hadisəni törədən oğru qaçıb. Səs küyə gələn qonşular onun yaralı olduğunu görərək təcili tibbi yardım çağırıblar. Ağır xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməlliyat olunan yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Gəncə şəhər Baş Polis İdarəsindən faktla bağlı araşdırma aparıldığı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi