Gəncədə evdən oğurluq edildi

Gəncədə evdən oğurluq edildi Gəncədə evdə oğurluq hadisəsi baş verib.
Hadisə
20 Yanvar , 2021 11:39
Gəncədə evdən oğurluq edildi

Gəncə şəhərində evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisindəki evlərin birindən 4 100 manat pul və 310 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi