Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb Gəncə şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakininə cinayət işi başlanılıb
Hadisə
698
10 Aprel , 2021 11:41
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Gəncə şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakininə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Ələsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi