Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB Gəncə şəhər sakini Cavid Məmmədov evində ölü vəziyyətdə tapılıb.
Hadisə
20 May , 2019 00:34
Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Gəncə şəhər sakini Cavid Məmmədov evində ölü vəziyyətdə tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü C.Məmmədovun üzərində ilk baxışdan zorakılıq əlamətləri olmasa da, meyit tibbi ekspertizaya göndərilib.

C.Məmmədovun həmin ünvanda tənha yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


*** 23:48

Gəncə şəhərində fərdi yaşayış evində meyit tapılıb.

"Report"un yerli bürosu xəbər veri ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub və hadisə yerinə baxış keçirilib

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonu şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi