Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlanıb

Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlanıb Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.
Hadisə
7 Oktyabr , 2019 12:15
Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlanıb

Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi