Gəncədə ev yanıb, bir nəfər ölüb - YENİLƏNİB

Gəncədə ev yanıb, bir nəfər ölüb - YENİLƏNİB Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
22 Dekabr , 2017 15:46
Gəncədə ev yanıb, bir nəfər ölüb - YENİLƏNİB
Report/ Firi Salim

Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Zülfi Hacıyev küçəsində baş verən yanğın zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Qüdrət Əli oğlu Məmmədov yanaraq ölüb. Meyit muayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***14:51

Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində baş verib. 

Belə ki, həmin küçədə yerləşən evlərdən birndə yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsündərnləri cəlb edilib. 

Yanğın söndürüldükdən sonra ev sahibinin meyiti aşkarlanıb. Hələlik adı məlum olmayan şəxsin yanaraq öldüyü bildirilir. 



Son xəbərlər

Orphus sistemi